Kanada təyyarəsi təcili eniş edib: 35 sərnişin xəsarət alıb

12.07.2019 11:57

Air Canada aviaşirkətinə məxsus sərnişin təyyarəsi Havay adalarına təcili eniş edib. Texniki problemlər səbəbindən laynerdə olan silkələnmə və sərt eniş nəticəsində 35 nəfər xəsarət alıb.

Xezerxeber.az Reuters agentliyinə istinadən xəbər verir ki, Air Canada aviaşirkətinin göyərtəsində 269 sərnişin və 15 ekipaj üzvü olan "Boeing 777-200” təyyarəsi Kanadanın Vankuver şəhərində Avstraliyanın Sidney şəhərinə uçurmuş. Havay adaları üzərindən uçarkən təyyarədə silkələnmə və texniki problem yaranıb. Pilotlar Daniel K. Beynəlxalq Aeroportuna təcili eniş etməli olublar. Güclü silkələnmələr nəticəsində sərnişinlərdən 35 nəfəri xəsarət alıb. Aviaşirkətin sözçüsü xəsarətlərin yüngül olduğunu bildirib. Lakin sonradan jurnalistlər üçün açıqlamada 9 nəfərin vəziyyətinin ağır olduğu qeyd olunub. Sərnişinlər bildiriblər ki, təyyarə havada ciddi silkələnmələr keçirib və bu vəziyyət uzun müddət davam edib.

Air Canada aviaşirkətindən jurnalistlərə bildiriblər ki, xəsarət alanlar xəstəxanalara, digər sərnişinlər isə otellərə göndərilib.

© xezerxeber.az


157 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR