Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

"Cəhənnəm istiləri" gəlir - Ölkələr təşvişdə

26.06.2019 16:31

Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və İtaliyada müvafiq qurumlar ən yüksək hazırlıq səviyyəsinə gətirilib

Avropanın bir sıra ölkələri anomal istilərə hazırlaşır. Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və İtaliyada havanın temperaturu 40 dərəcədən yuxarı olacaq. Bu barədə "The Independent" nəşri xəbər verir.

Yüksək temperaturu Avropaya Böyük Səhradan gələn külək gətirəcək. İsti havanın pik dövrü 26-28 iyul tarixlərində müşahidə olunacaq.

İspaniya meteoroloqları qarşıdan gələn havanı "cəhənnəm istisi” adlandırıb, Fransa isə intensivliyinə görə ikinci olan "narıncı" təhlükəsizlik həddində dəyərləndirib.

Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və İtaliyada müvafiq qurumlar ən yüksək hazırlıq səviyyəsinə gətirilib.

Qeyd edək ki, 2018-ci ilin iyulunda Oksford Universitetinin alimləri anomal istiləri iqlim dəyişikliyi ilə əlaqələndiriblər./Sputnik Azərbaycan

© xezerxeber.az


259 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR