Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Avropa dövlətləri Türkiyəyə qarşı birləşdi: Ankara bunu dayandırmasa...

19.06.2019 14:00

Avropa İttifaqı Türkiyənin Şərqi Aralıq dənizində hidrokarbon axtarış fəaliyyətlərini qanundankənar dəyərləndirib.

İttifaqa daxil olan ölkələrin Xarici işlər nazirləri Avropa Komissiyasını Ankaraya qarşı tədbirlər görməyə çağırıb.

Lüksemburqda bir araya gələn nazirlər Türkiyənin Kipr adası ətrafında qazma işlərinin ciddi narahatlıq doğurduğunu dilə gətiriblər.

Avropa Komissiyasının üzvü Yohannes Han görüşdən sonra verdiyi açıqlamada Türkiyə məsələsinin toplantıda ana gündəm maddəsi olduğunu və Aİ-nin Türkiyəyə maliyyə yardımını kəsə biləcəyini deyib. Bundan başqa, Ankarada ali səviyyəli toplantıların keçirilməsi də dayandırıla bilər.

Qeyd edək ki, Yunanıstanın baş naziri Aleksis Çipras Aİ Şurasının sədri Donald tusk ilə telefonda müzakirələr aparmışdı. Görüşdə baş nazir Türkiyənin qazma fəaliyyətini gündəmə gətirərək Avropa İttifaqının bu enerji axtarışını qınamasını tələb etmişdi./publika.az

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR