Vəlid Müəllim: Türkiyə Suriya torpaqlarının bir hissəsini işğal edib

18.06.2019 16:00

Suriya Xarici İşlər naziri Türkiyənin Suriyada qüvvələri döyüşmək istəmədiyini açıqlayıb.

bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Suriya xarici işlər naziri Vəlid Müəllim Çin Xarici işlər ilə birgə mətbuat konfransında bildirib ki, Suriya hökuməti Türkiyə qüvvələri ilə döyüşmək istəmir:

"Ümid edirik ki hərbiçilərimiz türk əsgərləri döyüşməyəcək. Bu, bizim prinsipial mövqeyimizdir. Mübarizəmiz İdlibdə olan terrorçularladır. İdlib Suriya ərazisidir və ölkəmizin bir parçasıdır".

Vəlid Müəllim daha sonra qeyd edib ki, Türkiyə indi Suriyada nə etmək istəyir? Türkiyə Suriya torpaqlarının bir hissəsini işğal edib və Suriyanın müəyyən bölgələrində hərbi varlığı var.

"Türkiyə "ən-Nusra" terrorçu qruplaşmasınımı qoruyur? Şərq Türkistan İslam qruplaşmasıda daxil olmaqla müəyyən terrorist qüvvələrimi qoruyur? Mən sualları Türkiyəyə ünvanlayıram. Onların Suriyada həqiqi məqsədləri nədir? Biz terrorçu qruplar və təşkilatlarla mübarizə aparırıq. Bütün dünya bizi terrorçularla mübarizə apardığımıza inanır" - deyə Vəlid Müəllim bildirib./faktxəbər

© xezerxeber.az


140 dəfə oxunub

XƏBƏRLƏR

20.07.2019 15:27

Qaradağda ev yanıb

ÇOX OXUNANLAR