BMT: İki milyarddan çox insan içməli sudan məhrumdur

18.06.2019 13:50

Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF dünya ictimaiyyətini su təchizatı, sanitar və gigeniya xidmətlərinin inkişafına daha çox investisiya qoymağa çağırıb.Məqsəd infeksion xəstəliklərə qarşı daha effektiv mübarizəni təmin etməkdir.

Çərşənbə axşamı Cenevrədə dərc olunan hesabata görə, dünyada 2,2 milyarda yaxın insan təmiz içməli su təchizatından, 4,2 milyard insan lazımi səviyyəli sanitar xidmətlərdən məhrumdur. Üçmilyarda yaxın insan isə ev şəraitində əllərini yumağa sabun tapmır.

Ümumdünya Səhiyyə Təşkilatı UNİCEF-lə birlikdə BMT-nin "Minilliyin İnkişaf Məqsədləri” strategiyasının yerinə yetirilməsinin monitorinqini aparır.Cari hesabata görə, su təchizatı, sanitar və gigeniya xidmətlərinin inkişafı istiqamətində müəyyən irəliləyişlər olsa da, hələ də bu xidmətlərin təmin olunmasında böyük boşluqlar var.

© xezerxeber.az


182 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR