Əfqanıstanda partlayış nəticəsində azı səkkiz nəfər həlak olub

13.06.2019 17:29

Əfqanıstanın Nanqarhar əyalətinin Cəlalabad şəhərində baş verən partlayış nəticəsində ən azı səkkiz nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Xezerxeber.az xəbər verir ki, 1TV telekanalının yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə partlayıcı qurğu nəzarət-buraxılış məntəqəsinin yaxınlığında intiharçı-terrorçu tərəfindən işə salınıb. Yaralananlar təcili olaraq yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb.

Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib. Əfqanıstanın hüquq-mühafizə orqanları insidentlə bağlı təhqiqata başlayıb.

© xezerxeber.az


80 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR