Fransa məhkəməsi separatçı Dağlıq Qarabağ rejimi ilə imzalanmış daha bir neçə “Dostluq xartiyası”nı ləğv edib

12.06.2019 14:40

Fransanın Qrenobl şəhərinin inzibati məhkəməsi Fransa departamentləri ilə Azərbaycanın işğal olunmuş torpaqlarındakı inzibati bölgələr arasında imzalanmış daha bir neçə "Dostluq haqqında xartiya”nı ləğv edib.

APA-nın xəbərinə görə, bu barədə Fransada fəaliyyət göstərən "armenews.com” erməni internet resursu məlumat yayıb.

Məlumatda bildirilir ki, məhkəmə işğalçı Dağlıq Qarabağ marionet rejiminin nümayəndləri ilə Valans, Bur-le-Valans, Bur-de-Peak departamentləri arasında imzalanmış "Dostluq haqqında xartiya”ları qanuni hesab etməyərək ləğv edib.
Qeyd edək ki, mayın 29-da Fransanın Serji-Pontuaz inzibati tribunalı da Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya”nı ləğv edib. Qrenobl şəhər məhkəməsinin bu addımı Serji-Pontuaz inzibati tribunalı tərəfindən qəbul edilmiş qərarın məntiqi davamı sayılır.

© xezerxeber.az


69 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR