Hindistanda güclü siklonun yaxınlaşması barədə xəbərdarlıq edilib

12.06.2019 13:45

Hindistanın Hucarat ştatının Baş naziri Vicay Rupani güclü "Vayyu” siklonun yaxınlaşması səbəbindən turistlərə ölkənin qərbindəki bəzi rayonlara getməməyi tövsiyə edib.

Bu barədə yerli "Business Standard” qəzeti xəbər verir. "Mən Hucarat ştatına gələn və Dvarka, Somnath, Sasan və Kaça yollanan turistlərə siklondan zərər görmələri üçün iyunun 12-də daha təhlükəsiz rayonlara getmələrini xahiş etmişəm”, - deyə nazir mətbuat konfransında bildirib.

Bir qədər əvvəl Hindistanın Meteorologiya Departamenti Ərəb dənizində formalaşan "Vayyu” siklonunun sürətlə ölkənin qərb sahillərinə yaxınlaşdığı barədə məlumat yayıb. Güclü leysan yağışları ilə müşayiət olunan siklonun mərkəzində küləyin sürəti saatda təxminən 135 kilometrə çatır. Bu səbəbdən Hindistan Hərbi Dəniz Qüvvələri, həmçinin ştatın təcili xidmət orqanları yüksək hazırlıq səviyyəsinə gətirilib. Hakimiyyət sahilyanı rayonlardan 300 min nəfəri təxliyə etməyi planlaşdırır.

Xatırladaq ki, may ayının əvvəllərində "Fani” siklonu Hindistanın sahilyanı Orissa ştatında 60-dan çox insanın həyatına son qoymuşdu. O, özü ilə güclü yağışlar və sürəti saatda 200 kilometrə çatan şiddətli qasırğa gətirmişdi.

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR