Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Tramp bilmədən məxfi sənədi mətbuata sızdırdı - FOTO

12.06.2019 12:47

ABŞ Prezidenti Donald Tramp ehtiyatsızlıqdan Meksika ilə bağlanacaq miqrasiya sazişi layihəsinin bəzi təfsilatlarını üzə çıxarıb.

BBC-nin məlumatına görə, Ağ Ev rəhbəriəllində tutduğu sənədin "məxfi” olduğunu bildirib və jurnalistlərə saziş layihəsinin detallarını açıqlamaqdan imtina edib.

Ancaq fotoqraflar Trampın əlində yellədiyi vərəqin yüksək dəqiqlikli şəklini çıxararaq, bəzi detalları aşkarlaya bilib.

Sənəddə "təhlükəsiz üçüncü ölkə” yazısı diqqət çəkib.Şərhçilər Meksikanın təhlükəsiz üçüncü ölkə kimi qəbul olunacağı təqdirdə, miqrantların ABŞ-da sığınacaq almaqla bağlı ərizələrinə artıq Birləşmiş Ştatlar ərazisində deyil, birbaşa Meksikada baxılacağını bildirir.

Məqsəd ABŞ-a qanunsuz miqrant axınının qarşısını almaqdır.

© xezerxeber.az


142 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR