Türkiyə təhlükəli terrorçunu məhv etdi

12.06.2019 10:46

Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən iyunun 3-də Diyarbəkirdə keçirilən antiterror əməliyyatında məhv edilən 5 terrorçunun şəxsiyyəti müəyyənləşdirilib.

XəzərXəbər Türkiyə KİV-inə istiandən onlardan biri Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan "Rızgar Torhildan” ləqəbli Felat Kocakaya olub. Onun ələ keçirilməsinə 300 min lirə (təxminən 50 min ABŞ dolları) vəsait ayrılmışdı.

Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində antiterror əməliyyatlarında iştirak edən qüvvələri Tel Rıfatda PKK/YPG terror təşkilatlarının 10 üzvünü məhv ediblər. Hərbi Hava Qüvvələrinin qırıcıları isə dəqiq zərbələrlə İraqın şimalındakı Zap və Metina bölgələrində yerləşən terror düşərgələrini, mağara və silah anbarlarını dağıdıblar.

© xezerxeber.az


76 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR