Britaniya sakini lotereyada 156 milyon uddu

12.06.2019 09:54

Böyük Britaniya sakini EuroMillions lotereyasında 123 milyon funt sterlinq (156 milyon dollar) qazanıb və ölkədə üçüncü ən böyük uduşun sahibi olub.

Bu barədə "Mirror" qəzeti yazıb.

Məlumata əsasən, qalib beş əsas nömrələri və iki "şanslı ulduzu" tapa bilib.

Qeyd edək ki, birinci EuroMillions lotereyası 13 fevral 2004-cü ildə üç ölkədə - Fransa, İslandiya və Böyük Britaniyada keçirilib (Trend).

© xezerxeber.az


73 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR