ABŞ Donald Tramp və Kim Çen Inın üçüncü görüşünü mümkün hesab edir

11.06.2019 21:11

ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında üçüncü görüş mümkündür və Vaşinqton buna hazırdır.

Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin müşaviri Con Bolton maliyyə menecerlərinin forumunda deyib. "Üçüncü sammit tam mümkündür. KXDR buna hazır olan kimi, ABŞ da hazır olacaq”, - deyə Con Bolton bildirib.

Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit 2018-ci il iyulun 12-də Sinqapurda baş tutmuşdu. O vaxt Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalamışdı. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.

2019-cu il fevralın 27-28-də Vyetnamın Hanoy şəhərində keçirilən ikinci ABŞ-KXDR sammitinin gedişində isə tərəflər sazişə nail ola bilməmişdi. Sammit nəticəsiz başa çatsa da, liderlər dialoqu davam etdirmək barədə razılığa gəlmişdilər.

© xezerxeber.az


151 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR