“Mermaid” gəzinti katerində daha dörd nəfərin cəsədi aşkarlanıb

11.06.2019 18:14

Budapeştdə Dunay çayının dibindən qaldırılan "Mermaid” gəzinti katerində daha dörd nəfərin cəsədi aşkarlanıb.

Xezerxeber.az BBC-yə istinadən xəbər verir ki, tapılan dörd cəsədin heç birinin şəxsiyyəti müəyyən edilməyib. Çox güman ki, onlar cənubi koreyalı turistlərə aiddir.

Xilasedicilər hava "cibinə” düşərək sağ qalanların ola biləcəyi barədə ümidlərini hələ də itirməyiblər.

Xatırladaq ki, mayın 29-da "Mermaid” ("Su pərisi”) gəzinti gəmisi Macarıstanın parlament binası qarşısında "Viking Sygin” teploxodu ilə toqquşaraq batıb. Qəza zamanı gəminin göyərtəsində 35 nəfər – 33 koreyalı turist və 2 ekipaj üzvü olub. Onlardan yeddisi xilas edilib, 20 nəfərin cəsədi tapılıb, 8 nəfər isə itkin düşmüş sayılır.

Bu, həlak olanların sayına görə son 50 ildə Dunay çayında baş vermiş ən miqyaslı qəzadır.

© xezerxeber.az

FOTOQALERIYA






194 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR