Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

“Mercedes”in pilotu Lyuis Hemilton Monako Qran-Prisinin qalibi olub

27.05.2019 14:39

"Mercedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton Formula 1 seriyasında avtomobil yürüşləri üzrə keçirilən dünya çempionatının altıncı mərhələsinin – Monako Qran-Prisinin qalibi olub. Bu, Hemiltonun mövsüm ərzində dördüncü, karyerasında isə 77-ci qələbəsidir.

"Ferrari”nin almaniyalı pilotu Sebastian Fettel podiumun ikinci pilləsinə, "Mercedes”in digər pilotu Valtteri Bottas isə üçüncü pilləyə qalxıblar. Beləliklə, "Mercedes” mövsüm ərzində ilk dəfə olaraq qələbə dublunu təmin edə bilməyib.

Finiş xəttini ikinci keçən "Red Bull”un pilotu Maks Ferstappen olub. Lakin pit-stopdan sonra boksdan təhlükəli çıxdığına görə aldığı 5 saniyə cərimə hesablandıqdan sonra hollandiyalının nəticəsi dördüncü sayılıb.

Aktivində 137 xal olan Hemilton şəxsi hesabda liderliyini möhkəmlədib. İkinci yerdə Bottas (120 xal), üçüncü yerdə isə Fetteldir (82 xal). Kvyat 9 xalla 12-ci mövqedədir.

Formula 1 yürüşlərinin növbəti mərhələsi iyunun 7-dən 9-dak Kanadada keçiriləcək.

© xezerxeber.az


152 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR