Restoranda BİABIRÇILIQ! Turisti bu ŞOK məbləğlə aldatdılar - FOTO

27.05.2019 13:33

Amerikalı turist Fransisko Tajeda Yunanıstanın Mikonas adasında yediyi yemək üçün gələn hesabı görüncə şok olub.

Əsgər olduğu deyilən Tajeda bir qrup dostu ilə yediyi günorta yeməyi üçün tam olaraq 836 avro (təxminən 3 min AZN) ödəyib.

Fransisko menyuda yeməklərin qiymətinin yazılmadığını və bunun da restoranın hiyləsi olduğunu "The Daily Mail" qəzetinə açıqlamasında deyib. O, hesabı zorla ödədiyini, yediyi yeməklərin isə həddən artıq baha gəldiyini bildirib.

Əsgərin şikayətinə restoran rəhbərliyi "pulunuz yoxdursa, ucuz şeylər yeyin"-deyərək cavab verib.

Metbuat.az

© xezerxeber.az


560 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR