Niderlandda turizm vergisinin məbləği artırıla bilər

24.05.2019 12:43

Niderland hökuməti və ictimaiyyət nümayəndələri turistlərin səfər etdikləri yerlərə ziyan vurmalarından narahatdırlar. Buna görə də ölkəyə turistlərin cəlb olunması məqsədi daşıyan tanıtım filmlərinin və reklamların hazırlanması dayandırılacaq.

Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, qarşıdakı 10 il üçün plan hazırlayan turizm təşkilatının açıqlamasında deyilib: "Ziyarətçi axınını və turizmin gətirəcəyi üstünlükləri nəzarətdə saxlaya bilmək üçün indidən tədbir görməliyik. İndi turizmi təşviq etmək əvəzinə, onu necə idarə etmək barədə danışmağın zamanıdır".

Təşkilat, həmçinin ötən ildən tətbiq olunan və turistlərin sayını nəzarətdə saxlamaq məqsədi daşıyan turizm vergisinin dərəcəsini artırmağı gündəliyə gətirib.

© xezerxeber.az


97 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR