Türkiyədə bələdiyyə sədri qətlə yetirilib

24.05.2019 11:59

Türkiyədə bələdiyyə sədri qətlə yetirilib.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, Konya vilayətinin Doğanhisar rayonunda bu il martın 31-də keçirilmiş bələdiyyə seçkilərində qalib gəlmiş Öztoklu Başköy hücuma məruz qalıb. Bıçaq xəsarətləri alan bələdiyyə sədri xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Onu bələdiyyənin keçmiş sədri Abdulla Koçun oğlu Əbdürrəhman Koç bıçaqlayıb. Faktla ile bağlı onunla birlikdə atası Abdulla Koç və əmisi Osman Koç da saxlanılıb.

© xezerxeber.az


98 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR