Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Hindistanda “Əl-Qaidə” qruplaşmasının Kəşmir özəyinin başçısı öldürülüb

24.05.2019 11:43

Hindistanın Cammu və Kəşmir ştatının təhlükəsizlik xidmətləri "Əl-Qaidə” qruplaşmasının yerli özəyinin başçısını zərərsizləşdirib.

Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, Zakir Musa kimi tanınan səhra komandiri ştatın cənubunda polis tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində öldürülüb. Mayın 23-ü axşam saatlarında polis Srinaqara şəhərində silahlıların gizləndiyi binanı mühasirəyə alıb. Onlar hüquq-mühafizə orqanlarının təslim olmaq barədə tələbinə atəşlə cavab verib və atışma başlayıb.

Zakir Musa kimi tanınan Zəki Rəşid Bhat 2013-cü ildə "Hizb-ul-Mücahidin” qruplaşması sıralarına daxil olub, bir neçə ildən sonra isə "Əl-Qaidə” qruplaşmasının yerli özəyinə rəhbərlik etməyə başlayıb.

Hindistanın müsəlmanların üstünlük təşkil etdiyi yeganə ştatı Cammu və Kəşmirdə uzun illərdir vəziyyət gərgin olaraq qalır. Bölgədə fəaliyyət göstərən və ştatın müstəqilliyi, həmçinin qonşu Pakistana birləşməsi uğrunda mübarizə aparan çoxsaylı qruplaşmalar mövcuddur.

© xezerxeber.az


157 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR