Cakartada kütləvi etiraz aksiyaları davam edir

23.05.2019 08:56

Cakartanın bir neçə rayonunda ötən gecə polis ilə etirazçılar arasında qarşıdurmanın yeni dalğası qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, qarşıdurma əsasən şəhərin mərkəzində, Seçkiləri Müşahidə Agentliyinin yaxınlığında baş verib.

Şahidlərin bildirdiyinə görə, etirazçılar polis kordonuna daş və içərisində yandırıcı maddə olan butulkalar atıblar. Nəticədə agentliyin ikinci mərtəbəsində yanğın baş verib, lakin onun qarşısı tezliklə alınıb.

Buna cavab olaraq polis etirazçılara qarşı xüsusi vasitələrdən, gözyaşardıcı qazdan və suatan qurğulardan istifadə edib.

Səhərə yaxın vəziyyət sabitləşsə də Cakartanın bir neçə mərkəzi küçəsi o cümlədən agentliyin yaxınlığındakı küçələr nəqliyyatın və piyadaların hərəkəti üçün bağlanıb.

Təqribən 260 nəfərin polis tərəfindən həbs edildiyi bildirilir.

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR