İtaliyada rusiyalı turistləri daşıyan avtobus aşıb

22.05.2019 15:16

İtaliyada rusiyalı turistləri daşıyan avtobusun aşması nəticəsində azı bir nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.

Xezerxeber.az xəbər verir ki, 50-dən çox rusiyalını aparan avtobus Siena şəhərindən Florensiyaya gedirdi. Yol-nəqliyyat hadisəsi yerli vaxtla saat 09:30-da (Bakı vaxtı ilə 11:30) baş verib. Avtobus yol kənarındakı səddə çırpılaraq aşıb.

Qəzanın səbəbləri hələkik məlum deyil. Sürücünün yağışdan sonra yol örtüyünün sürüşkən olması səbəbindən idarəetməni itirdiyi ehtimal edilir.

Hazırda Siena və Florensiya arasında avtomobil yolu müvəqqəti olaraq bağlanıb. Hadisənin baş verdiyi ərazidə xilasedicilər fəaliyyət göstərir.

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR