Zərifdən Trampa TARİXİ CAVAB: "İsgəndərin, Çingiz xanın..."

20.05.2019 18:21

"Tramp "B komandası”nın təhrikləri ilə İsgəndərin, Çingiz xanın və digərlərinin bacara bilmədiyini əldə etməyə ümidlənib. Bütün işğalçılar tarixdən gedib, amma İran min ildir ki, ayaq üstədir”.

Bunu İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nazir ABŞ prezidenti Donald Trampın tvitter vasitəsilə "Əgər İran müharibə etmək istəyirsə, bu, İranın rəsmən sonu olar” açıqlamasına "iqtisadi terror və soyqırım iynələri İranı bitirməyəcək” sözləri ilə cavab verib. Zərif Trampa İrana hörmət etməyə cəhd göstərməyi məsləhət görüb.

Qeyd edək ki, Məhəmməd Cavad zərif Ağ Evin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu, İsrailin baş naziri Benyamin Netanyahunu, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanı, Əbu-Dabi vəliəhd şahzadəsi Məhəmməd ibn Zahidi Donald Trampın "B komandası” adlandırır.

Xatırladaq ki, İraqın paytaxtı Bağdaddakı yaşıl bölgədə yerləşən ABŞ səfirliyinin binası yaxınlığına ötən gün raketlərlə hücum təşkil olunmuşdu. Tramp bu hücuma işarə edərək tvitter hesabında "əgər İran müharibə istəyirsə, bu, onun rəsmən sonu olar. Bir daha ABŞ-ı təhdid etməyin” sözlərini yazmışdı.

© xezerxeber.az


195 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR