Rusiyanın döyüş təyyarələrinə HÜCUM: 6 raket atıldı

20.05.2019 17:59

Əl-Nüsra terror təşkilatı Rusiyanın Suriyadakı "Hmeymim” hərbi hava bazasına hücum edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi informasiya yayıb.

Bildirilib ki, hücum ötən həftənin şənbə günü baş tutub. Terror təşkilatı bazaya 6 raket atıb. Rusiyanın hava hücumundan müdafiə sistemi raketləri məhv edib.

Qeyd edək ki, 2015-ci ilin sentyabr ayında Suriyadakı vətəndaş müharibəsinə birbaşa daxil olan və Dəməşq rejiminə dəstək verən Rusiya Lazkiyə şəhərindəki hərbu hava bazasını istifadə edir./publika.az

© xezerxeber.az


158 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR