Amerikalı Oskar mükafatçısı 31 ildən sonra attestat alıb

19.05.2019 12:51

"Dallas alıcılar klubu" filmindəki roluna görə Oskar və "Qızıl Qlobus" mükafatlarına layiq görülən amerikalı aktyor Mettyu Makkonahi buraxılışdan 31 il sonra orta məktəbi bitirmək haqqında attestat alıb.

Məktəbi 1988-ci ildə bitirən aktyor cümə günü orta təhsil müəssisəsinə gələrək, bu il məzun olan şagirdlər qarşısında çıxış edib.

Daha sonra ona attestat təqdim olunub. ("Report")

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR