Gürcüstanda keçiriləcək aralıq və növbədənkənar seçkiləri 5 mindən çox müşahidəçi izləyəcək

16.05.2019 18:30

Mayın 19-da Gürcüstanda parlamentə, yerli şuralara və bəzi rayonların icra hakimiyyəti başçıları vəzifələrinə keçiriləcək aralıq və növbədənkənar seçkiləri 49 yerli və 7 beynəlxalq təşkilatın müşahidəçiləri izləyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasında (MSK) keçirilən brifinqdə məlumat verilib.

Bildirilib ki, seçkiləri müşahidə etmək üçün 5 mindən çox müşahidəçi qeydiyyata alınıb.

Seçkiləri işıqlandırmaq üçün 43 KİV nümayəndəsi akkreditasiyadan keçib.

Məlumat üçün qeyd edək ki, mayın 19-da qonşu Gürcüstanın Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Zuqdidi, Çiatura, Xulo, Zestafoni, eləcə də azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonlarına icra başçıları seçiləcək.

Aralıq parlament seçkilərində isə Tbilisinin Mtatsminda rayonunun majoritar dairəsindən deputat seçiləcək.

Gürcüstan MSK beynəlxalq təşkilatların müşahidəçilərinə müraciət edərək onları seçkilərdə daha diqqətli və obyektiv olmağa dəvət edib.

© xezerxeber.az


211 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR