Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Sorğu: Ukraynada növbədənkənar parlament seçkiləri keçirilsə, Vladimir Zelenskinin partiyası qələbə qazanacaq

16.05.2019 17:09

Yaxın günlərdə Ukraynada növbədənkənar parlament seçkiləri keçirilsə, əhalinin 80 faizi səsvermədə iştirak edəcək.

Bu barədə "Reytinq” Sosial Qrupu, Aleksandr Yaremenko adına Sosial Araşdırmalar Mərkəzi və "Sosial monitorinq” mərkəzinin birgə keçirdiyi rəy sorğusunun nəticələrində məlumat verilib.

Sorğuya əsasən Vladimir Zelenskinin pariyası olan "Xalqın xidmətçisi” daha çox 29,5 faiz səs toplayıb. "Müxalifət platforması” 8,1 faiz "Petro Poroşenko bloku" 7,8 faiz, Ukraynanın sabiq Baş nazir Yuliya Timoşenkonun rəhbəri olduğu "Batkivşina” partiyası isə 6,7 faiz səs qazana bilib. Digər blok və partiyalar 5 faizlik baryeri aşa bilməyib.

Sorğu 3000 respondent arasında aparılıb.

Qeyd edək ki, Ukraynada növbəti parlament seçkiləri oktyabr ayında keçirilməlidir. Lakin, Vladimir Zelenski andiçmə mərasimindən sonra parlamenti buraxacağı və növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə dair qərar verəcəyini açıqlayıb. (AZƏRTAC)

© xezerxeber.az


191 dəfə oxunub

ÇOX OXUNANLAR