Gürcüstanda 3,6 bal gücündə zəlzələ olub

16.05.2019 16:24

Mayın 16-da günün ikinci yarısında Gürcüstan ərazisində 3,6 bal gücündə zəlzələ baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə İlya İnstitutunun Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, yeraltı təkanlar yerli vaxtla saat 15:08-də Tsalka rayonunun Paravani kəndi yaxınlığında qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumatlar daxil olmayıb.

© xezerxeber.az


163 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR