Nyu-York meri növbəti prezident seçkilərində namizədliyini irəli sürəcək

16.05.2019 16:26

Nyu-York şəhərinin meri, Demokratlar partiyasının nümayəndəsi Bill de Blazio ABŞ prezidenti postuna namizədliyini irəli sürəcəyini elan edib.

Xezerxeber.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

"Mən Bill de Blazio çalışan insanların ön sıraya çəkilməsi üçün prezident postuna namizədliyimi irəli sürəcəyəm”, - deyə mer özünün seçki kampaniyasının saytında dərc olunan video çarxda bildirib.

İndiyədək 20-yə yaxın demokrat ABŞ-da prezident postuna namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. Seçkiqabağı kampaniyanın gedişində partiya fəallarının ilk iclasları 2020-ci il fevral ayının əvvəlində Ayova ştatında keçiriləcək. Demokratlar partiyasının prezident postuna namizədinin irəli sürüləcəyi qurultay 2020-ci il iyulun 13-16-da Viskonsin ştatının Miluoki şəhərində baş tutacaq.

Respublikaçılar partiyasından isə prezident postuna hələlik iki nəfər – ölkənin hazırkı Prezidenti Donald Tramp və Massaçusets ştatının sabiq qubernatoru Uilyam Ueld iddia edir. Respublikaçılar öz qurultaylarını avqustun 24-27-də Şimali Karolina ştatının Şarlott şəhərində keçirəcək.

ABŞ-da 59-cu prezident seçkiləri 2020-ci il noyabrın 3-nə planlaşdırılıb.

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR