Avstriyada ibtidai məktəblərdə hicab qadağan olunur

16.05.2019 16:19

Avstriya Parlamentinin Aşağı Palatası ibtidai məktəblərdə hicab geyilməsini qadağan edən qanun layihəsini qəbul edib.

Qanuna əsasən, 11 yaşadək qızların məktəbə hicab geymələri qadağan ediləcək.

Qayda pozulacağı halda şagirdin valideynləri 440 avro məbləğində cərimə olunacaq.

Qeyd edək ki, 2018-ci ilin noyabrında Avstriya Parlamenti uşaq bağçalarında hicab geyilməsini qadağan edən qanunu qəbul etmişdi. (Trend)

© xezerxeber.az


161 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR