Azərbaycanla Belarusun idxal-ixrac əməliyyatlarının həcmi 82 milyon dolları ötüb

16.05.2019 15:02

Bu ilin yanvar-aprel aylarında Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 82 milyon ABŞ dollarını ötüb.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilir ki, hesabat dövründə Belarusdan ölkəmizə idxalın dəyəri 74,4 milyon dollar, Azərbaycandan bu ölkəyə ixracın həcmi isə 8,1 milyon dollar olub.

Qeyd edək ki, ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 204 milyon dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən təxminən 56 milyon dollar çoxdur.

© xezerxeber.az


123 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR