Avropa Birliyinin heç bir ordusu yoxdur

16.05.2019 11:15

"Avropa İttifaqı uzun müddət əvvəl buraxdığı mexanizmləri işə salmalıdır, nəinki NATO ilə rəqabət aparmalıdır". 


Bunu Polşanın sabiq müdafiə naziri Boqdan Klix "Rzeczpospolita" qəzetinə göndərdiyi məqalədə qeyd edib.

Onun sözlərinə görə, Avropa Birliyi heç bir orduya malik deyil: "Avropa Birliyinin ortaq ordu yaratmaq fikri real deyil. Avropa ordusu yoxdur və olmayacaq da. Necə ki, NATO ordusu yoxdur. Krımın ilhaqı, Rusiyanın Ukraynanın Donbas regionunu işğal etməsi və digər tərəfdən ABŞ prezidenti Donald Tramp, həmçinin "Brexit" NATO-da yeni və narahatedici vəziyyət yaradıb"./FaktXəbər

© xezerxeber.az


205 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR