NASA aya qadın astronavt göndərəcək

16.05.2019 11:06

ABŞ-ın kosmos agentliyi yeni ay missiyası olan "Artemida" proqramını elan edib. 


XəzərXəbər "CBS News"a istinadən bildirir ki, bu proqramın bir hissəsi olaraq, NASA qarşıdakı beş il ərzində ilk dəfə təbii peyk üçün qadın astronavt göndərəcək.

Yeni missiya yunan ilahəsi Apollonun əkiz bacısının şərəfinə "Artemida" adlandırılıb.

NASA 2024-cü ilədək Aya ilk qadın kosmonavtını yerləşdirməyi planlaşdırıb. Bu proqramın icrası üçün Konqressə 21 milyard dollara əlavə olaraq 1,6 milyard dollarlıq büdcə əlavəsi təqdim edilib.

© xezerxeber.az


210 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR