ABŞ Venesuela ilə hava nəqliyyatını dayandırdı

16.05.2019 10:30

ABŞ Venesuela ilə hava nəqliyyatını dayandırıb.

TASS agentliyi xəbər verir ki, bu haqda ABŞ-ın nəqliyyat naziri Eleyn Çao bildirib.

Onun sözlərinə görə, ölkə administrasiyası mövcud təhlükə ilə əlaqədar Venesuela ilə hava nəqliyyatını müvəqqəti dayandırır.

"Daxili Təhlükəsizlik Nazirliyi bu nəticəyə gəlib ki, Venesuelanı tərk edən və bu ölkəyə uçan təyyarələrin, sərnişinlərin və heyət üzvlərinin təhlükəsizliyinə təhdidin mövcud olması ABŞ və Venesuela arasında mülki aviasiya üzrə bütün reyslərin təcili dayandırılmasını tələb edir", - Eleyn Çao qeyd edib.

© xezerxeber.az


66 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR