Avropada 16 ölkədən NƏHƏNG ADDIM: 2 ay sonra...

16.05.2019 09:33

Fransanın paytaxtı Parisdə Yeni Zelandiyanın Kraystçerç şəhərində martın 15-də məscidlərdə baş verən terror aktına dair bir çox ölkələr və şirkətlər terror və nifrətə qarşı mübarizə aparmaq üçün "Kraystçerç çağırışı” adlı mətn imzalayıb.

Bu barədə Fransa prezidenti Emmanuel Makron danışıb.

Toplantıda Yeni Zelandiya, İordaniya, İrlandiya, Kanada, İngiltərə, Seneqal, Norveç, İndoneziyanın dövlət və ya hökumət başçıları, Avropa İttifaqının sədri Yan-Klod Yanker, "Feysbuk”, "İnstaqram”, "Vatsap”, "Quql”, "Yutub”, "Tvitter”, "Amazon”, "Deylimoşn”, "Kvant”, "Maykrasoft” şirkətlərinin təmsilçiləri iştirak edib.

E.Markon toplantıya qatılmayan Almaniya, Avstraliya, Hindistan, Yaponiya, Hollandiya, İspaniya və İsveçin də mətnə dəstək verdiyini söyləyib. Prezident bildirib ki, məscidlərdəki terror hücumlarında internetdən də istifadə olunub. Buna görə də məhz bu platformada terror və nifrətə qarşı mübarizə aparmaq üçün bir çox ölkələr və şirkətlər hərəkətə keçib. Təmsilçilərinin toplantıya qatıldığı sosial media platformaları bundan sonra terrorla bağlı paylaşılan bütün postları dərhal siləcək.

Qeyd edək ki, sözügedən terror aktı zamanı 51 nəfər həalk olmuşdu./publika.az

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR