İran nüvə proqramı üzrə öhdəliklərini dayandırdı - KRİTİK QƏRAR

15.05.2019 11:17

İran nüvə razılaşmasındakı bəzi öhdəliklərini rəsmi şəkildə dayandırıb.

Bu barədə İran Milli Təhlükəsizlik Şurası qərar qəbul edib.

Xəbəri İranlı Tələbələr Xəbər Agentliyi (İSNA) yayıb.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani ABŞ-ın nüvə razılaşmasından çıxmasının ildönümü ilə bağlı çıxışında razılaşma ilə məhdudlaşdırılan 300 kq-dan ağır zənginləşdirilmiş uranın və ağır suyun 130 tondan çoxunun xarici ölkələrə satılmaması öhdəliyini 60 gün müddətinə dayandırdıqlarını açıqlamışdı. Prezident bunu Vaşinqtonun sanksiyalarına cavab olaraq edəcəklərini bildirmişdi.

Xatırladaq ki, İran 2015-ci ildə 5+1 ölkələri (ABŞ, Fransa, Almaniya, İngiltərə və Avropa İttifaqı) nüvə razılaşması imzalamışdı. ABŞ 2018-ci ildə razılaşmadan təktərəfli çəkilərək İrana qarşı sanksiyaları bərpa etmişdi./publika.az

© xezerxeber.az


87 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR