Xamenei Vaşinqtona MEYDAN OXUDU: ABŞ-İran müharibəsi...

15.05.2019 10:57

İran nüvə sazişi haqqında ABŞ-la danışıqlar aparmayacaq.

Bu haqda İranın ali lideri Əli Xamenei bildirib.

"İranın ali lideri Xamenei bildirir ki, İran nüvə sazişi haqqında ABŞ-la danışıqlar aparmayacaq”, - "Press TV" telekanalının tvitter səhifəsində dərc edilmiş xəbərində deyilir.

Xamenei bildirib ki, Tehran Vaşinqtona müqavimət göstərməyə davam edəcək, amma müharibə olmayacaq.

"ABŞ-ın müqaviməti İran millətinin qəti seçimidir. Nə Tehran, nə də Vaşinqton müharibə istəyir, hərbi toqquşma ABŞ-ın xeyrinə olmayacaq”, - ali lider söyləyib.

Xamenei həmçinin cari vəziyyəti iradənin toqquşması kimi təsvir edib. O, İranın daha güclü olacağını söyləyib./publika.az

© xezerxeber.az


207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR