Tramp dünya ölkələrini nüvə silahından imtina etməyə çağırıb

26.04.2019 08:51

ABŞ prezidenti Donald Tramp Fox News telekanalının efirində dünya ölkələrini nüvə silahından imtina etməyə çağırıb.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, Tramp bununla Şimalı Koreya və Rusiya prezidentlərinin görüşünü belə şərh edib.

"Biz nüvə silahından imtina etmək istəyirik, biz hamımız bunu etməliyik. Rusiyada imtina etməlidi, Çində”, - deyə, Tramp bildirib.
Öncə, o, Rusiya və Çinlə nüvə razılaşmasına gəlmək istədiyindən danışıb.

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR