2018-ci ildə ABŞ-da əhali artımının təxminən yarısını miqrasiya təşkil edib

24.04.2019 12:48

ABŞ Əhalinin Siyahıyaalınması Bürosunun hesablamalarına görə, 2018-ci ildə digər ölkələrdən Birləşmiş Ştatlara gələn miqrantların sayı ölkədə əhali artımının təxminən yarısını təşkil edib.

AZƏRTAC xəbər verir ki, 2018-ci ildə ABŞ-da əhali artımı 2 milyon nəfərdən çox olub. Ümumi artımın 1,04 milyonu təbii artımın, yəni yeni doğulanların sayının ölənlərin sayından çox olmasının nəticəsidir.

Qalan 978.826 nəfər Amerikanın 50 ştatına köçüb. İmmiqrantların əksəriyyəti Puerto-Rikodandır. Ötən həftə dərc edilən əhalinin siyahıyaalınma göstəricilərinə əsasən, qasırğadan sonra bərpa işlərinin hələ də davam etdirildiyi ada ötən il 129.848 sakinini "itirib”.

ABŞ əhalisinin artımının üçdəbir hissəsi Texas və Florida ştatlarında qeydə alınıb. 2018-ci ildə Texasın əhalisi 379.128 nəfər, Floridanın əhalisi isə 322.000 nəfər artıb. Son bir ildə Nyu-York və İllinoys ştatlarının əhalisi daha çox – müvafiq olaraq 48.510 nəfər və 45.116 nəfər azalıb. Qərbi Virciniya və Luizianada da sakinlərin əhəmiyyətli dərəcədə - müvafiq olaraq 11.216 nəfər və 10.840 nəfər azalması müşahidə edilib.

© xezerxeber.az


208 dəfə oxunub

XƏBƏRLƏR

20.07.2019 15:27

Qaradağda ev yanıb

ÇOX OXUNANLAR