Doğum günü tədbirinə SİLAHLI HÜCUM: 13 ölü, 4 yaralı

20.04.2019 13:28

Meksikanın Verakruz ştatının Olmek bölgəsində dəhşətli cinayət hadisəsi baş verib.

Bir qrup şübhəli şəxs bir restoranda keçirilən doğum günü tədbirinə silahlı hücum edib.

Hadisə nəticəsində 13 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ölənlərin hamısı restoranda uşaqlarının doğum gününü qeyd edən ailədən olub. Onlardan 5-i qadın, 1-i azyaşlıdır.

Polis şübhəli şəxslərin axtarışına başlayıb./publika.az

© xezerxeber.az


284 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR