Türkiyə-Yunanıstan sərhədində GƏRGİNLİK pik həddə: donanma atəş açdı

20.04.2019 11:26

Türkiyə-Yunanıstan sərhədində gərginlik yaşanıb.

Ədirnə şəhərinin Enez ilçəsində Meriç çayı vasitəsilə dənizə çıxan və qeyri-qanuni mal daşıyan şübhəlilər Yunanıstan komandoları tərəfindən onlara hücum olunduğunu iddia edib.

Qorxudan Türkiyə tərəfə keçdiklərini bildirən naməlum şəxslər qayıqlarının yunanlar tərəfindən girov götürüldüyünü deyib.

Onlar Yunanıstan Dəniz Qüvvələrindən şikayətçi olduqlarını və məhkəməyə verəcəklərini bildiriblər.

Hadisə ilə bağlı istintaq işi aparılır.

© xezerxeber.az


277 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR