NATO-nun hərbi-dəniz qrupu Baltik dənizinə daxil olub

18.04.2019 16:55

NATO-nun hərbi-dəniz qrupu Baltik dənizinə daxil olub. Xezerxeber.az "RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu məlumatı Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzi yayıb. Bildirilir ki, Birləşmiş Ştatlar Hərbi Dəniz Qüvvələrinin "Qreyvli” esminesinin başçılıq etdiyi bu qrupa Polşa, Türkiyə və İspaniyanın hərbi gəmiləri daxildir. Məlumatda qeyd edilir ki, rusiyalı mütəxəssislər həmkarlarının marşrutunu diqqətlə izləyirlər. Hər hansı gözlənilməz vəziyyətə hazır olmaq və operativ reaksiya vermək üçün qərargah kompleks təlimləri keçirilir.

Rusiya tərəfinin məlumatında qeyd olunub ki, NATO-nun gəmilərinin Baltik dənizinə daxil olması ilə əlaqədar gəmilərin zərbəçi qruplarının, "Bastion” və "Bal” sahil raket komplekslərinin və dəniz aviasiyası təyyarələrinin növbətçiliyi təşkil olunub.

© xezerxeber.az


280 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR