Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Türkmənistan yenidən Rusiyaya təbii qaz nəqlinə başlayıb

16.04.2019 13:53

Türkmənistan yenidən Rusiyaya təbii qaz nəqlinə başlayıb.

Xezerxeber.az xəbər verir ki, Türkmənistan 3 il fasilədən sonra yenidən Rusiyaya təbii qaz nəqlinə başlayıb.

"Gazprom”un sözçüsü Sergey Kupriyanov Türkmənistandan yenidən qaz almağa başladıqlarını təsdiqləyib.

Həm Türkmənistan tərəfinin, həm də "Gazprom”un şərhlərində qaz nəqlinin həcmi və qiyməti barədə açıqlama verilməyib.

Qeyd edək ki, Rusiya 2010-cu ilədək Türkmənistan təbii qazının yeganə alıcısı idi. 2010-cu ildən sonra Türkmənistan qazı Çinə ixrac edilməyə başlanmışdı. Rusiyaya qaz nəqli isə 2016-cı ildə tamamilə dayanmışdı.

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR