AB təslim oldu: ABŞ-la danışıqlar başlayır

16.04.2019 13:23

Avropa Birliyi ölkələri sənaye məhsullarının tarifləri ilə bağlı ABŞ-la ticarət danışıqlarını başlatmaq qərarı veriblər.

Bu məlumatı "Skay Nyus” televiziyası yayıb.

AB ölkələrinin bu addımına qarşı yalnız Fransa çıxıb. Belçika isə səsvermə zamanı bitərəf qalıb.

Qeyd edək ki, bundan öncə ABŞ və AB arasında münasibətlər gərginləşib. Gərginliyə səbəb ABŞ Prezidenti Donald Trampın açıqlaması olub. Belə ki, Tramp AB-nin Amerika məhsullarına qoyduğu məhdudiyyəti götürməyəcəyi təqdirdə Avropa mallarına qarşı gömrük rüsumları tətbiq edəcəyini deyib.

© xezerxeber.az


54 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR