Eyni gündə həm kilsə, həm məscid yandı

16.04.2019 10:55

Şərqi Qüdsün Qədim Şəhər bölgəsində yerləşən Əl-Əqsa Məscidində yanğın baş verib.

Hadisə məscidin təhlükəsizlik xidmətinin kabinəsində qeydə alınıb.

Qüds İslami Vəqflər İdarəsindən verilən yazılı açıqlamada yanğının azyaşlılar tərəfindən törədildiyi bildirilib. Həmçinin alovun yanğınsöndürmə briqadası tərəfindən söndürüldüyü qeyd edilib.

Qeyd edək ki, Əl-Əqsa Məscidi müsəlmanların ilk qibləsi olmaq xüsusiyyətini daşıyır.

Xatırladaq ki, ötən gün həm də Fransanın paytaxtında yerləşən 850 illik tarixi Paris Notr-Dam kilsəsində də dəhşətli yanğın baş vermişdi./publika.az

© xezerxeber.az


67 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR