İspaniya tütün şirkətlərini 57,7 milyon avro məbləğində cərimə edib

15.04.2019 18:21

İspaniya ərazisində işləyən iri tütün şirkətləri məxfi məlumatların qeyri-qanuni mübadiləsinə görə 57,7 milyon avro məbləğində cərimə ediliblər.

AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, cərimə sanksiyaları tətbiq edilmiş şirkətlər arasında "Philip Morris”, "Altadis” və "JT Internacional Iberia” da var.

Bazarlar və Rəqabət üzrə Milli Komissiyanın məlumatına görə, bu şirkətlər tərəfindən müxtəlif əyalətlərdəki istehlakçılar haqqında, habelə tütün məmulatlarına tələbat barədə məxfi məlumatları mübadilə edilməsi nəticəsində 2008-2017-ci illərdə bazarda haqsız rəqabət yaranıb.

© xezerxeber.az


172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR