Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İsrailli alimlər dünyada ilk dəfə 3D printerində canlı ürək çap ediblər

15.04.2019 18:10

Təl-Əviv Universitetindən olan alimlər dünyada ilk dəfə insan toxumalarından 3D formatında canlı ürək çap ediblər.

Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu gün Təl-Əviv Universitetinin laboratoriya rəhbəri Tal Dvir pasiyentdən götürülmüş insan toxumaları ilə birlikdə 3D printerindən istifadə edilməklə döyünən canlı ürəyin çap olunması prosesini təqdim edib.

Ali təhsil müəssisəsinin mətbuat xidmətinin məlumatına əsasən, orqanın funksionallığını yoxlamaq üçün eksperiment çərçivəsində heyvanlara köçürüləcək onlarla ürək "çap olunub”. Ürəyin ölçüsü təxminən 2,5 santimetrə yaxın – təxminən dovşan ürəyi böyüklükdədir. Printer bir ürəyi təqribən 3 saat 30 dəqiqəyə çap edib.

Alimlərin iddiasına görə, tədqiqat pasiyentlərin daha orqan köçürülməsini gözləməyəcəyi gələcəyin tibbinə yol açacaq. Yaxın 10 ildə insan toxumaları və hüceyrələrinin köməyi ilə hər bir pasiyent üçün istənilən orqanı yaratmaq mümkün olacaq.

© xezerxeber.az


206 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR