Səudiyyə Ərəbistanının "loukoster"i Bakıya birbaşa uçuşlara başlayacaq

26.03.2019 17:54

Səudiyyə Ərəbistanının nüfuzlu "loukoster"i "Flynas" aviaşirkəti Bakıya uçuşlar həyata keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, aviaşirkət yay mövsümündə yeni beynəlxalq uçuşlar həyata keçirməyi planlaşdırdığını bəyan edib.

"Flynas" Ər-Riyaddan Bakı, Batumi, Tbilisi, Vyana, Trabzon və Sarayevoya da birbaşa uçuşlar həyata keçirəcək. Eyni zamanda Ciddədən Trabzon və Tbilisiyə, Dammamdan Tbilisi və Bakıya, həmçinin Əl-Kasımdan Trabzon və Bakıya birbaşa uçuşlar da təklif olunur.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR