Ermənistanda atışma: 7 yaralı var

26.03.2019 11:36

Ermənistanın Lori vilayətində həmkəndlilər arasında atışma olub.

Xezerxeber.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, hadisə nəticəsində 7 nəfər yaralanıb.

Xəsarət alanlardan 3-ü qardaşdır. Qeyd olunur ki, atışma iki ailə arasında məişət zəminində baş verib.

Hadisənin təfərrüatları araşdırılır.

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR