Çin Fransadan 300 “Airbus” təyyarəsi alacaq

26.03.2019 10:26

Çin Xalq Respublikasının Sədri Si Cinpin Fransaya səfəri çərçivəsində Çin Aerokosmik Elm və Texnika Korporasiyasının (CASC) Fransadan 290 ədəd "Airbus A320” və 10 ədəd "A-350” təyyarəsi almaqla bağlı müqavilə imzalanıb.

"Belə bir böyük müqavilənin imzalanması Airbus üçün çox mühüm irəliləyiş və Çin və Fransa arasında mübadilə gücünün əla siqnalıdır”, – deyə Fransa Prezidenti Emmanuel Makron Yelisey Sarayında müqavilənin imzalanması mərasimində söyləyib.

Fransa Prezidenti müqavilənin qiymətini təxminən 30 milyard avro civarında olduğunu hesab edərək bildirib ki, əsl rəqəm aidiyyəti şirkətlər tərəfindən dəqiqləşdiriləcək.

Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin martın 24-dən Fransaya səfəri başlayıb.

© xezerxeber.az


150 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR