Koreyada avtomobilin dənizə düşməsi nəticəsində 5 nəfər həlak olub

26.03.2019 10:04

Kareya Reaspublikasının sahil şəhəri sayılan Kannın şəhərində minik avtomobilinin yoldan çıxaraq dənizə aşması nəticəsində beş nəfər həlak olub.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər 6:00 radələrində baş verib.

Sahil mühafizə xidmətinin gəmisi "Hyundai” markalı avtomobili sudan çıxarıb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilib, onlar universitet tələbələri olub. Avtomobil isə icarə götürülübmüş.

© xezerxeber.az


67 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR