Göyərtəsində bomba olması barədə məlumat daxil olan təyyarə aeroporta enib

26.03.2019 09:15

Martın 26-da göyərtəsində partlayıcı qurğu olması barədə məlumatın daxil olduğu "Singapore Airlines” şirkətinə məxsus təyyarə Sinqapur hərbi-hava qüvvələrinin iki qırıcısının müşayiəti ilə "Çanqi” aeroportuna enib.

Mumabaydan gələn "Boeing 777-300ER” təyyarəsinin göyərtəsində 263 sərnişin olub.

Təyyarə endikdən sonra uşaqlı qadın yoxlamanın davam etdirilməsi üçün saxlanılıb, qalan sərnişinlər isə əlavə yoxlamadan sonra sərbəst buraxılıb.

Bildirilir ki, göyərtədə partladıcı qurğunun olması barədə məlumat təyyarə havaya qalxdıqdan dərhal sonra daxil olub. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

İlkin məlumatlara görə, göyərtədə partladıcı qurğunun olması barədə məlumatın yalan olduğu bildirilir.

© xezerxeber.az


78 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR